360tap.az

İstifadə qaydaları

Yenilənib: 8 May 2026

1. Ümumi müddəalar

360tap.az saytı (bundan sonra "Sayt") fiziki və hüquqi şəxslərin elan yerləşdirməsi və axtarması üçün universal platformadır. Sayta daxil olmaqla siz bu qaydaları qəbul etmiş sayılırsınız.

2. Qeydiyyat və hesab

  • Qeydiyyatdan keçmək üçün ən azı email və ya telefon nömrəsi tələb olunur.
  • Hesab məlumatlarınızı təhlükəsiz saxlamaq sizin məsuliyyətinizdədir.
  • Bir istifadəçi yalnız bir hesab yarada bilər.
  • 18 yaşından aşağı şəxslər valideyn icazəsi olmadan qeydiyyat ola bilməz.

3. Elan yerləşdirmə qaydaları

  • Elan yerləşdirmək pulsuzdur (kateqoriyaya görə limit var).
  • Bütün elanlar moderasiyadan keçir.
  • Doğru kateqoriya seçilməlidir.
  • Şəkillər keyfiyyətli və məhsula uyğun olmalıdır.
  • Saxta əlaqə məlumatları və ya başqasının şəklini istifadə etmək qadağandır.
  • Eyni məhsul üçün təkrar elan yerləşdirmək qadağandır.

4. Qadağan olunmuş kateqoriyalar

  • Silah və silah aksesuarları (qanunvericiliyə zidd olanlar)
  • Narkotik vasitələr
  • Saxta sənədlər və əlamətlər
  • İnsan orqanları
  • Vəhşi heyvanlar (qoruq altındakı növlər)
  • Saxta valyuta və qiymətli kağızlar
  • Cinsi xidmətlər
  • Şəxsi məlumatlar (verilənlər bazaları)

5. Ödənişli xidmətlər

Sayt VIP, Premium, Boost və digər ödənişli xidmətlər təklif edir. Ödəniş Pulpal və Epoint provayderləri vasitəsilə həyata keçirilir. Ödəniş geri qaytarılması yalnız texniki xəta olduqda mümkündür.

6. Məsuliyyət məhdudiyyəti

360tap.az platformadır və alıcı-satıcı arasında əməliyyatlara görə məsuliyyət daşımır. Saytda yerləşdirilmiş elanların doğruluğuna görə yalnız satıcı məsuliyyət daşıyır.

7. Hesabın bloklanması

Saxta elan, fırıldaqçılıq, təhqir, spam, bu qaydaların pozulması halında hesab müvəqqəti və ya daimi bloklana bilər. Bloklamadan əvvəl xəbərdarlıq edilə bilər.

8. Şikayət sistemi

Hər istifadəçi şübhəli elan, fırıldaqçı və ya qaydaları pozan istifadəçi haqqında şikayət edə bilər. Şikayətlər 24 saat ərzində baxılır.

9. Dəyişikliklər

Saytın inzibatiyyatı bu qaydaları istənilən vaxt dəyişdirmək hüququna malikdir. Dəyişikliklər dərc olunduğu andan qüvvəyə minir.

10. Əlaqə

Suallar və müraciətlər üçün: dest@360tap.az